Azərbaycan, Bakı, 24 dekabr /Trend/
Ukrayna Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə danışıqları Yeni il bayramından sonra bərpa edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Leonid Kojara deyib.
Bununla belə, nazir qeyd edib ki, hazırda Ukrayna-Aİ danışıqları davam edir və sazişin imzalanması məsələsi bağlanmayıb.
Onun sözlərinə görə, sazişin imzalanmaması Ukraynaya sonradan Rusiya ilə danışıqlar aparmağa imkan yaradıb: "Bu danışıqların müsbət nəticələrini artıq görürük".