Bahar Muradova: Heç bir kənar qüvvə Azərbaycandakı vəziyyəti öz xeyrinə dəyişə bilməz (MÜSAHİBƏ) (FOTO)

Bahar Muradova: Heç bir kənar qüvvə Azərbaycandakı vəziyyəti öz xeyrinə dəyişə bilməz (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İzzət/

Milli Məclis sədrinin müavini Bahar Muradovanın Trend-ə müsahibəsi

- Bahar xanım, ötən 2013-cü ilə yekun vursaq, onu ümumən necə qiymətləndirmək olar?

- Hesab edirəm ki, 2013-cü il Azərbaycan üçün kifayət qədər uğurlu il oldu. Başlıcası ona görə ki, ölkə bundan sonrakı 5 il ərzində ümummilli liderimizin müəyyən etdiyi siyasi yolla öz inkişafını davam etdirəcək. Bunu da Azərbaycan xalqının mütləq əksəriyyəti keçirilən prezident seçkilərində ölkə başçısına göstərdiyi növbəti etimad mandatı ilə sübut etdi və bir daha qətiyyətlə qeyd etdi ki, Azərbaycanın inkişaf yolu yalnız Heydər Əliyev yoludur. Xalq bir daha göstərdi ki, Azərbaycanda qarışıqlıq salmaq istəyən, öz maraqlarını hər şeydən üstün tutan, dünyanın hər hansı nöqtəsində baş verən hadisədən ruhlanaraq Azərbaycanda da prosesləri öz xeyrinə dəyişməyə hazır olan dairələr ondan mandat ala bilməzlər. Xalq bir daha sübut etdi ki, Azərbaycana kənar təsirlər keçərli deyil. Azərbaycanın siyasəti Azərbaycanın içində müəyyən olunur. Onun müstəqil iradəsi Azərbaycanın bilavasitə dəstəyi ilə müəyyən olunur. Heç bir kənar qüvvə heç bir maddi və digər "rıçaqlar"la Azərbaycandakı vəziyyəti öz xeyrinə dəyişə bilməz. Azərbaycanı heç kəsin, heç bir qrupun, heç bir beynəlxalq dairənin, ayrı-ayrı ölkələrin təcrübə meydanına çevirmək mümkün deyil. Bizim əsas uğurumuz budur.

Qarşıdakı 5 il üçün də hədəflərimiz bəllidir - Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. 2013-cü il bunu bir daha bizim üçün qət elədi. Ötən il ərzində iqtisadi, siyasi, sosial, mədəniyyət və s. sahələrdə əldə etdiyimiz nailiyyətlər, həyata keçirilən dövlət proqramları, beynəlxalq aləmdə, ayrı-ayrı ölkələrdə, beynəlxalq təşkilatlarda keçirilən tədbirlər, ümumilikdə kifayət qədər dinamik keçən həyat bizə bir daha sübut etdi ki, il ərzində qarşıya qoyulan hədəflərə nail olmuşuq. Qarşıdakı ildə də bütün bunları artırmaq üçün kifayət qədər imkanlarımız var. Fikrimcə, 2013-cü il çox sabit, dinamik, dövlətimiz və xalqımız üçün çox maraqlı il olub. Düşünürəm ki, 2014-cü ili də uğurla qarşıladığımız kimi uğurla da yola sala biləcəyik.

- Ötən 2013-cü ildə də Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlara bəslənən ümidlər özünü doğrultmadı. Sizcə, bu məsələnin həllində beynəlxalq təşkilatlardan hələ də nə isə gözləməyə dəyərmi, yoxsa Azərbaycanın öz torpaqlarının hərbi yolla azad edilməsinə dair qərarını verməyin vaxtı artıq çatıb?

- Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək hüququ var və bu hüququ bizə heç kim qadağan edə, məhdudiyyət qoya bilməz. Amma Azərbaycanın bu sahədə siyasi iradəsi mövcud sülh imkanları tükəndiyi təqdirdə, bu yola üstünlük verməkdən ibarətdir. Eyni zamanda, Azərbaycan öz hərbi qüdrətini də artırmaqla məşğuldur ki, lazım gəldiyi təqdirdə bu gücdən istifadə etsin. Əslində sülh prosesinin özünə bu amil daha çox təsirlidir, nəinki birbaşa hərbi yolu seçmək. Çünki güc qarşısında hər kəs geri çəkilir. Azərbaycanın bu gün bölgədə artan nüfuzu, lider dövlət kimi artan rolu, iqtisadi imkanları, hərbi qüdrəti, heç kəsdən asılı olmayan siyasi iradəsi, müstəqil mövqeyi imkan verir ki, o, beynəlxalq aləmdə öz sözünü deyən dövlətə çevrilsin. Artıq demək olar ki, biz buna nail olmuşuq.

Əgər müqayisə etsək, görərik ki, Azərbaycan müstəqilliyinin bərpa olunduğu vaxtdan keçən 20 il ərzindəinkişaf etməkdə olan ölkədən çox sürətlə inkişaf etməkdə olan ölkələr sırasına daxil olub. Mövcud dinamik inkişaf tempi imkan verəcək ki, çox qısa müddətdə inkişaf etmiş ölkələr sırasına da daxil olaq. Bizim 2020-2025-ci illərə hesablanmış hədəfimiz də bundan ibarətdir. Bu hədəflər bir çoxları üçün qeyri-mümkün görünsə də, Azərbaycanın əldə etdiyi nailiyyətlərin təcrübəsindən çıxış edərək söyləyə bilərək ki, biz bu hədəfə də çatacağıq. Bu temp və bu iradə bizi bu hədəfə çatdıracaq. Qarabağ problemi olmasaydı, Azərbaycanın iqtisadi imkanları hərbi sahəyə yox, Azərbaycan insanının rifahına, Azərbaycan dövlətinin, səhiyyənin, elmin, təhsilin inkişafına yönəlmiş olsaydı, onda daha sürətlə irəli gedə və qarşımızdakı hədəflərə daha tez çata bilərdik. Görün, hələ bu problem mövcud olduğu təqdirdə biz işimizi hansı səviyyədə qura bilmişik ki, qarşımıza belə bir hədəf qoyuruq. Bu hədəf də real hədəfdir və kiminsə iddiası, təxəyyülünün məhsulu deyil, Azərbaycan reallığından çıxış edərək gəlinən qənaətdir. Özü də bu bizim yox, beynəlxalq maliyyə qurumlarının, beynəlxalq təşkilatların, reytinq agentliklərinin qarşıya qoyduğu mövqedir. Azərbaycan bu gün donor, investisiya yatıran ölkəyə çevrilir. Artıq "Şahdəniz-2" layihəsinin imzalanması mərasimi keçirildi. İnsanlara əfsanə kimi görünən layihələr bu gün artıq reallıqdır.

Bu bizə deməyə imkan verir ki, bu qüdrətimizlə Ermənistanı da konstruktiv mövqeyə gəlməyə vadar edə bilərik. Təbii ki, əgər Ermənistanı dəstəkləyən dairələr də bunu istəsələr və ona bu təzyiqi göstərsələr. Ermənistanı dəstəkləyən dairələr isə bu gün həm də vasitəçilik missiyasını daşıyanlardır. Paradoks da məhz buradadır.
Mənim beynəlxalq təşkilatda - ATƏT PA-da olduğum müddət ərzində gəldiyim qənaət ondan ibarətdir ki, beynəlxalq təşkilatların, ATƏT-in, onun Minsk qrupunun kifayət qədər imkanları var ki, Ermənistanı konstruktiv mövqeyə gəlməyə məcbur etsinlər.

Biz bu səpkidə danışıqları davam etdiririk. Mən bu məsələdə ötən ilin əvvəlinə nisbətən daha müsbət əhval-ruhiyyədəyəm. Çünki ondan əvvəl danışıqlar dondurulmuş vəziyyətdə idi. Ötən ilin sonunda isə iki ölkənin prezidentləri görüşdülər, Minsk qrupu həmsədrləri bölgəyə səfərlər etdilər. Qarşıda yenə də görüşlərin keçirilməsi gözlənilir. Ən əsası, bu görüşlərdən sonra iştirakçılardakı müsbət əhval-ruhiyyə ən azından danışıqların eyni ab-havada davam edəcəyinə müəyyən mənada ümid doğurur. Danışıqlar müsbət əhval-ruhiyyədə davam edəcəksə, müəyyən razılaşmalar da mümkündür.

- Azərbaycanda vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən konkret göstəriş və tapşırıqlar verilir, fərman və sərəncamlar imzalanır, eyni zamanda, Milli Məclis tərəfindən müəyyən qanunvericilik aktları qəbul edilir. Bu il də eyni səpkidə hansı yenilikləri gözləmək olar?

- Azərbaycanın qanunvericilik orqanı tərəfindən bu gün artıq dövlətin və xalqın həyatının bütün sahələrini və istiqamətlərini əhatə edən qanunvericilik bazası formalaşdırılıb. Bu gün qanunlarımıza həyatın diktə etdiyi bir sıra dəyişiklikləri edirik. Ayrı-ayrı hallarda yeni yaranan münasibətlərə əsaslanaraq yeni qanunların işlənməsi halları baş verir, eləcə də qanunlara əlavələr edilir. Bundan əlavə, qoşulduğumuz beynəlxalq konvensiya və sazişlər, üzərimizə götürdüyümüz öhdəlikləri ehtiva edən müddəalar qanunvericiliyimizə daxil edilir və onun tərkib hissəsinə çevrilir. Qanun yaradıcılığı da bir prosesdir və o, ictimai-siyasi prosesləri özündə ehtiva etməli, onları əhatə etməlidir. Zamanında tələbat olduğu təqdirdə bu dəyişikliklər edilməlidir. Əks təqdirdə həyatı qanunlar vasitəsilə nizamlamaq mümkün olmayacaq. Ona görə də biz qanunlara bu və ya digər sahənin inkişafı ilə, qarşımıza çıxan vəzifələrlə bağlı dəyişikliklər edirik. Ən çox dəyişikliklərə məruz qalan sahə məhz sosial sahədir. Çünki bizim cəmiyyətin və dövlətin qarşısında dayanan hədəf Azərbaycan insanının yüksək rifahını təmin etməkdir. Bu bizim konstitusiyamızda da öz əksini tapıb. İnsanların rifah içində yaşaması üçün dövlətin qarşısında duran vəzifələr var və onlar gündəlik icra olunur. Bu istiqamətdə əldə etdiyimiz nailiyyətlər, inkişafın özü belə bizə yeni dəyişiklikləri diktə edir.

İnkişaf bir nəticə olduğu kimi, eyni zamanda, gələcək inkişaf üçün bünövrədir. Bu bizi vadar edir ki, dəyişikliklərin qanunvericilikdə öz əksini tapmasını nəzərə alaq. Bəzən qanunların tətbiqi ilə bağlı qarşımıza müəyyən çətinliklər çıxır və qanun bütün münasibətləri tənzimləyə bilmir. Prosesin özündə bir sıra məsələlər ortaya çıxa bilir ki, bu problemləri aradan qaldırmaq üçün sonra yenidən qanunlara dəyişikliklər edərək yeni müddəalar müəyyən edirik. Bu mənada sosial sahə daha çox dəyişikliyə məruz qalır. Çünki həyatımız günbəgün dəyişir, insanların vəziyyəti yaxşılaşır, maaşları, pensiyaları artır, ölkənin artan imkanları insanların həyatında özünü göstərir. İqtisadi dirçəliş sosial rifahı da şərtləndirir. Ötən 2013-cü il ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda işləyənlərin, təqaüdçülərin, dövlət qulluqçuları, eləcə də millət vəkillərinin (red. - gülür), bir sözlə, hər kəsin maddi təminatı üçün müvafiq addımlar atılıb. Hazırda ayrı-ayrı kateqoriyalar üçün daha yaxşı pensiya təminatı ilə bağlı, daim qayğıya ehtiyacı olan insanların həyatını yaxşılaşdırmaq üçün yeni-yeni fikir və təkliflər səslənir. Müharibə veteranları və əlillərinin, eləcə də mülki əlillərin sağlamlığının təmin olunması, sosial təminatının yaxşılaşdırılması ilə bağlı həm deputatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən təkliflər irəli sürülür.

Əlbəttə ki, bütün bunların hamısının maddi təminat tərəfi var. Təbii ki, maddi təminat olduğu təqdirdə bu addımları atmaq mümkündür. Mən hələlik konkret deyə bilmərəm ki, 2014-cü ildə hansı məsələlərlə bağlı təkliflər olacaq, amma artıq həm Sosial siyasət, həm də İnsan hüquqları komitəsində bu məsələlər daim müzakirə olunur və müəyyən fikirlər formalaşır. Ona görə də Milli Məclisin yaz sessiyası dövründə də bu dəyişikliklərin və yeniliklərin olacağı gözləniləndir. Sosial sferada olan problemləri aradan qaldırmaq və bu sahədə lazım olan dəyişiklikləri zamanında etmək həm ölkə Prezidentinin, həm Azərbaycan hökumətinin, həm də Milli Məclisin əsas hədəflərindən biridir.

- "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik təhsilə keçidlə bağlı məsələlər var. Bununla əlaqədar bu il qanunvericilikdə dəyişikliklər olacaqmı?

- Azərbaycanda orta təhsilin müddətinin artırılması ilə bağlı fikirlər yeni deyil. Bu fikirlər artıq bir neçə ildir ki, səslənir. Təbii ki, təhsil ictimaiyyətinin bununla bağlı öz mövqeyi və fikri, öz arqumentləri var. Bunun qanunda müəyyən dəyişikliklərə gətirib çıxarması üçün isə onlar müəyyən müzakirələrdən keçməli, özünə çoxlu tərəfdar toplamalı, dəyişiklikləri həyata keçirmək üçün lazım olan əsaslar yaradılmalı, bunun üçün müvafiq hazırlıqlar həyata keçirilməlidir. Düşünürəm ki, uyğun maddi, siyasi və digər zərurət olduğu təqdirdə bu təkliflər həyata keçə bilər. Yəni müvafiq ictimai müzakirələrdən keçdikdən və ciddi hazırlıqlar aparıldıqdan sonra bu məsələ qanun layihəsi şəklində öz əksini tapa bilər. Belə olduğu təqdirdə parlament bu məsələyə baxa bilər. Amma hələlik yaxın bir neçə ay ərzində bu fikrin reallaşacağını söyləmək olmaz. Çünki bu məsələ konkret təklif kimi ortada yoxdur.

- Cəmiyyətdə Milli Məclis tərəfindən qəbul edilməsi gözlənilən qanunlardan biri də tibbi sığorta ilə bağlı qanundur. Bununla əlaqədar hətta bir neçə ildir ki, dövlət büdcəsindən maliyyə də ayrılır, lakin müvafiq qanun qəbul edilmədiyindən icrası mümkün olmur. Adıçəkilən qanunun qəbul edilməsinə nə mane olur?

- Bu məsələ Milli Məclisdə dəfələrlə səslənib. Səhiyyə sahəsində olan yeniliklər, həyata keçirilən islahatlar, yüksək maddi-texniki bazaya malik yeni klinikaların yaradılması, xəstəxanaların və digər tibb müəssisələrinin təmiri, yeni avadanlıqların alınması və s. bütün bunlar imkan verir ki, əhalinin sağlamlığını daha yaxşı qorumaq üçün Azərbaycan dövləti öz üzərinə götürdüyü öhdəlikləri daha yaxşı yerinə yetirsin və insanlar artıq yaxşı, təminatlı müalicə almaq üçün ölkə hüdudlarını tərk etməsinlər. Əlbəttə ki, heç kəsin qarşısına sədd çəkmək mümkün deyil ki, müalicəsini mütləq Azərbaycanda alsın. Amma Azərbaycandakı mövcud durum imkan verir ki, biz yalnız başqa ölkələrdə olduğunu güman etdiyimiz xidmətləri artıq Azərbaycanda da alaq. Bunun çoxsaylı nümunələri var. Konkret olaraq, ən çətin ürək, qaraciyər əməliyyatları, orqan köçürmələri Azərbaycanda çox böyük uğurla həyata keçirilir və bizim çox yüksək səviyyəli, ən müxtəlif beynəlxalq mərkəzlərdə təcrübə keçmiş, biliyini artırmış çox savadlı kadrlarımız var. Lakin həm səhiyyə orqanlarının rəhbərliyi, həm Azərbaycan dövləti, müvafiq qurumlar da bilirlər ki, bu sahənin daha da inkişafa çox böyük ehtiyac var.

Bu işin daha yaxşı təmin olunmasının bir yolu da tibbi sığortanın tətbiq olunmasından keçir. Tibbi sığortanın tətbiq olunması isə özündə bir sıra məsələləri ehtiva edir. Yəni "tibbi sığortanı tətbiq edirik" deməklə bunu dərhal etmək mümkün deyil. Bunun mexanizmləri yaranmalı, bu istiqamətdə çox ciddi maarifləndirmə işləri aparılmalıdır. İnsanlar tibbi sığortanı tələb etməklə yanaşı, onun şərtlərinə əməl etməyin vacibliyini də qəbul etməlidirlər. Bu sahədə, ilk növbədə, qanun qəbul olunmalıdır. Bu qanunda müəyyən olunacaq ki, tibbi sığorta necə yerinə yetirilsin. Qanunun qəbul olunması üçün isə onun əsaslandığı maddi təminat və mövcud şərait olmalıdır. Azərbaycanda bununla bağlı maarifləndirməyə çox ciddi ehtiyac var. Biz tibbi sığortadan danışırıq, lakin insanlar həyatını, əmlakını, sahibi olduqları mülkü sığortalamağa meyilli deyillər. Baxın, Azərbaycanda bu sahədə nə qədər çatışmazlıqlar var. Bəziləri öz əmlakını, avtomobilini sığortalamırlar. Bəlkə onun şərtləri insanları qane etmir, bəlkə insanların özünün yanaşması hələ o səviyyədə deyil ki, bu şərtlərin vacibliyini qəbul etsinlər.

Azərbaycanda rəqabətlə fəaliyyət göstərən çoxsaylı sığorta şirkətləri olmalıdır. Bu şirkətlər də insanlara öz xidmətlərini təklif etməli, onları inandırmağı bacarmalı, onları cəlb etməli, sığorta hadisəsi baş verdiyi təqdirdə isə onları maliyyələşdirməlidirlər. Bəzi sığorta şirkətləri bəlkə də bunu edə bilirlər, amma sığorta hadisəsi baş verdikdə müəyyən çətinliklər meydana çıxır və insanların ümid və xəyalları alt-üst olur. Belə hallar da var. Bu məsələ təkcə qanunun ümidinə qalmamalıdır. "Qanun qəbul edilərsə, bu məsələ həllini tapacaq" deyə düşünmək doğru deyil. Bu sadəlövhlük olardı. Biz həm cəmiyyəti buna hazırlamalı, həm mövcud hökumət qurumları bu işin necə yaxşı təşkil edilməsinin mexanizmlərini araşdırmalı, həm də yeni şirkətlər yaranmalıdır. Əgər bunun maliyyələşməsinin bir qismini dövlət öz üzərinə götürməlidirsə, bunun da yolları araşdırılmalıdır. Qanunvericilik orqanı isə mövcud tələbatı, verilən təklifləri nəzərə alaraq qanunu qəbul edə bilər. Hər halda bu məsələyə kompleks yanaşma olmalıdır. Bu həm insanların sağlamlığının qorunmasa, həm də səhiyyə obyektlərinin işinin yüksək səviyyədə qurulmasına çox böyük kömək olacaq. Çünki ödənilən sığorta pulları, maliyyə vəsaitləri səhiyyənin inkişafına stimul verəcək. İndi əgər özəl klinikaları nəzərə almasaq, Azərbaycan səhiyyəsi bütövlükdə dövlətin üzərindədir. Bu çox ağır bir yükdür. Azərbaycan dövlətini bu yükdən qismən azad etmək üçün müəyyən mexanizmlər işlənib hazırlanmalı və həyata keçirilməlidir.

- Azərbaycanda vətəndaş-məmur münasibətlərinin tənzimlənməsi, korrupsiyanın qarşısının alınması ilə bağlı böyük işlər görülür. Lakin uzun illərdir ki, ölkədə korrupsiyanın qarşısının alınması üçün məmurların gəlirləri haqqında bəyannamə təqdim etməsi məsələsi gündəmdə olsa da, bu tətbiq edilmir. Sizcə səbəb nədədir?

- Korrupsiya elə bir bəladır ki, onun toxunmadığı ölkə, cəmiyyət yoxdur. Bəzi cəmiyyətlər var ki, bu bəlanın aradan qaldırılmasına çox loyal yanaşır, bəziləri çox ciddi, qanunun bütün sərtliyi ilə münasibət bəsləyirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin də mövqeyi məhz belə qətiyyətli, ardıcıl və Azərbaycanda bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına yönəlmiş çox barışmaz bir münasibətdir. Bunun nəticəsidir ki, bu sahədə artıq bir sıra nöqsanlar tarixin arxivinə verilir. Enerji ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxunda belə neqativ cəhətlərə, korrupsiya hallarına daha çox rast gəlinir. Lakin Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, BMT-nin müvafiq qurumunun şəffaflığa dair mükafatını alıb. Azərbaycanın Dövlət Neft Fondu, ora toplanan vəsaitlərin xərclənməsi bütün dünyada şəffaflığa nümunə kimi göstərilir. Bunun özü Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin siyasi iradəsinin bu məsələyə, eləcə də, cəmiyyətdə mövcud olan məmur süründürməçiliyinə, bürokratiyaya qarşı konkret mövqeyini ortaya qoyur. Əgər kimsə desə ki, hansısa ölkədə belə bir şey yoxdur, buna inanmayın. Bu bəla az və ya çox dərəcədə hər yerdə var. Müvafiq iradə olmadığı təqdirdə bu barədə neqativ məzmunda geniş danışmaq olar, amma bunların aradan qaldırılması üçün ortada siyasi iradə olanda burada pozitiv məqamlar çoxalır. Cənab Prezidentin təşəbbüsü ilə yaradılan "ASAN xidmət" mərkəzlərini buna misal göstərmək olar. Mən əminəm ki, "ASAN xidmət" təkcə bu gün özünün əhatə etdiyi sahələri yox, bütövlükdə Azərbaycan dövlətinin, hökumətinin və cəmiyyətinin bütün həyatını əhatə edəcək. Bu, bir nümunə, sınaq layihəsi idi ki, bundan da çox uğurla çıxdıq. Baxın, gənc kadrlar könüllü şəkildə gedib bu qurumda işləyir, insanlara xidmət etməyi özlərinə vəzifə hesab edir, bundan çox böyük qürur duyur, mənəvi zövq alırlar. Bu nədir? Bu, yetişən yeni saf nəsil deməkdir. Bu, Azərbaycan dövlətinin heç birimizin xoşuna gəlməyən, hamımızı narahat edən bu kimi halların aradan qaldırılmasına yönəlmiş fəaliyyətidir və gənc nəslin bu ruhda tərbiyə olunmasıdır. Bəzən səylər kiminsə islah olunmasına yönələndə o qədər səmərəli olmur. Yəni söhbət yeni nəsillə əvəzlənmədən gedir. Adamlar var ki, öz mənafeyi ilə ictimai mənafe arasında mövqeyini hələ düzgün müəyyənləşdirməyiblər. Amma bu gün hələlik öz mənafeyi olmayan, bütün mənafelərinin ictimai mənafedən keçdiyini qəbul edən gənc, saf nəsil yetişirsə, bunun özü gözəl nümunədir. Bu "iki su arasında" qalanların da mövqeyinin müəyyənləşməsinə təsir göstərəcək. İnzibati üsullarla bu kimi halların aradan qaldırılması mümkün deyil. Bunu təcrübə də göstərir ki, belə hallar kimə tətbiq olunursa, yalnız onun həyatına təsir edir, müəyyən dövrdə bəzi insanlar da bundan ya nəticə çıxarır, ya da çıxarmır. Amma bu şəkildə yanaşma daha uzunömürlü, daha səmərəlidir.

Azərbaycan çox gözəl və düzgün yolu seçib. Bu həm profilaktika, həm nümunə, həm bütün sahələrdə yeni əvəzedici kadrların yetişməsi, həm də digər mənfi dairələrə qarşı fəaliyyətin aparılmasıdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi tədbirlər də sübut edir ki, bu müddət ərzində nə qədər insan cinayət məsuliyyətinə cəlb olunub, nə qədər insan vəzifəsindən azad olunub. Bu iş paralel şəkildə aparılır. Bizdə ayrıca nə inzibati metoda, nə də gənc nəslin yetişdirilməsinə üstünlük verilmir, bütün istiqamətlərdə korrupsiyaya və rüşvətxorluğa, süründürməçiliyə, məmur özbaşınalığına, ümumilikdə neqativ ünsürlərə qarşı bütün səviyyələrdə mübarizə aparılır. Bunların hər biri də öz effektini verir. Lakin insanlara təqdim olunan yeni model daha cəlbedicidir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti bir çoxları üçün çətin olan vəzifənin öhdəsindən gəlməyin düzgün yolunu tapıb. Bu yol dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Bu, Azərbaycan modelinin çox uğurlu olmasının göstəricisidir.

Gəlir bəyannaməsinə gəlincə, biz millət vəkilləri seçki öncəsi bütün əmlakımız haqqında məlumat veririk. Hesab edirəm ki, hər kəs qanunvericiliyin müvafiq tələbi olduğu təqdirdə bu bəyannamənin verilməsinə hazır olmalıdır və onun həyata keçirilməsinin çevik mexanizmləri işlənməlidir. Düşünürəm ki, hər halda müvafiq qurumlar bu məsələnin tətbiqinə başlayacaqlar.

Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Loading Bars
Xəbər lenti
ABŞ-da koronavirus qurbanlarının sayı 10 mini keçib
Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının qarşısını alacaq
Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir (VİDEO)
Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək (VİDEO)
Tahir Kərimli: Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir
Türkiyədə tibbi maskalar pulsuz paylanacaq
Musa Qasımlı: Prezident İlham Əliyevin siyasətində insanların sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür
Neftçalada su kanalında batan ata və oğlunun meyiti tapıldı
Ramil Həsən: Dövlət başçısının bu humanist addımından əfv olunan şəxslərin düzgün nəticə çıxaracağına əminəm
Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!
Karantin rejimi ilə bağlı internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib
Bu həftə ərzində muzdlu işçilərə ödəmələrin həyata keçirilməsinə başlanacaq
Əli Hüseynli: Azərbaycan dövləti "beşinci kolon" təmsilçilərinə vəziyyətdən istifadə edib təxribat törətməyə imkan verməyəcək
Adil Əliyev: Artıq ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir
Saray qəsəbə sakini avtomobilində dünyasını dəyişib
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanılıb (FOTO)
Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı iki ayda 4 faizdən çox artıb
Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Azərbaycanda "evdeqal.az" portalı istifadəyə verilib
Evdən çıxmaqla bağlı SMS-lərin 58 faizi təsdiqlənməyib - SƏBƏB açıqlandı
Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların qrafikində dəyişiklik edilib
Karantin rejimində azyaşlılar və yeniyetmələrin hərəkəti necə təmin olunur? - AÇIQLAMA
Aprelin 7-də dolların manata qarşı məzənnəsi
Lökbatanda xüsusi karantin qaydalarını pozan kafe və kişi salonu aşkarlandı (FOTO/VİDEO)
PAŞA Sığorta: Ofislərimizdə müştəri müraciətlərinin qəbulu müvəqqəti dayandırılsa da, xidmətinizdəyik
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib
Prezident İlham Əliyev: Aprelin 20-dən sonra biz koronavirusa qarşı mübarizədə addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq
Neftçalada 2 nəfər su kanalına düşüb
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib
Azərbaycanda iki ayda qida məhsullarının istehsalında artım müşahidə olunub
İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar açıqlanıb
“Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır
Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik
XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib və rədd edilib
Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
Evdə qal və muzeylərə səyahət et (VİDEO)
Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək
Azərbaycan Prezidenti: Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik
İspaniyada 19 mindən çox tibb işçişi koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur
Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirib və ünvanlara çatdırıb (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycanda bu günə qədər görülmüş bütün qabaqlayıcı tədbirlər öz səmərəsini verdi
Prezident İlham Əliyev: Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır
Prezident İlham Əliyev: Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq
Rayon xəstəxanalarında həkimlərə koronavirusla bağlı təlimlər keçirilir (FOTO)
Xüsusi karantin rejimində yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaq
Sosial ödənişlərə görə bankomatlarda əlavə faiz tutulmayacaq
Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! - Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
“Bizim Tarla” 65 yaşdan yuxarı şəxslərə sovqat payladı (FOTO)
Bir sıra ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib - Nazirlik
Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib
Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur (FOTO)
Qeyri-sabit hava aprelin 9-dək davam edəcək
Bakıda saxta icazə arayışı satan şəxs və “müştəriləri” saxlanıldı (FOTO/VİDEO)
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah
İranın Səhiyyə Nazirliyi: Koronavirus “donuz qripi"ndən daha təhlükəlidir
Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI
“Biz bizə yetərik Türkiyəm” - Milli həmrəylik kampaniyası (VİDEO)
Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq
Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi
Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı
Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib
"Dərs vaxtı"nın aprelin 7-nə olan CƏDVƏLİ müəyyənləşib
İranda daha 136 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
Namiq Abdullayev: Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq (VİDEO)
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Təhsil Nazirliyi: “Virtual məktəb” portalında yenidən qeydiyyatdan keçmək mümkündür
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Sabah Bakıda yağış yağacaq
Sumqayıt şəhərində ağaclar bu məqsədlə köçürülüb - AÇIQLAMA (FOTO)
Aynur Məmmədova: Evdə qalmağımız öz taleyimizi, ailəmizi, ərtafımızı və millətimizi qorumaq üçündür (VİDEO)
Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir
Ermənistanda qadın minaya düşdü
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib
Unikal limuzin - təyyarə satışa çıxarılıb
ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır
Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq
Yazgül Abdiyeva: Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Bütün xəbərlər