...

Əhməd Davudoğlu: Türkiyənin güclənməsi Britaniya və Fransanı narahat edir

Siyasət Materials 11 Yanvar 2014 10:16 (UTC +04:00)
Türkiyənin güclənməsi Böyük Britaniya , Fransanı və digər ölkələri narahat edir. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.
Əhməd Davudoğlu: Türkiyənin güclənməsi Britaniya və Fransanı narahat edir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin güclənməsi Böyük Britaniya , Fransanı və digər ölkələri narahat edir. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

Onun sözlərinə görə, son 11 il ərzində Türkiyənin dünyada və regionda güclənməsi bəzi ölkələrin maraqlarına cavab vermir.

Türkiyədəki korrupsiya qalmaqalı haqqında danışan XİN rəhbəri baş verən hadisələrə görə xarici qüvvələri günahlandırıb.

O, həmçinin qeyd edib ki, Türkiyə hələ Osmanlı imperiyası dövründən dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malikdir.

Ə.Davudoğlu qeyd edib: "Türkiyənin hakim partiyası çoxlu sayda problemlərlə üzləşib və son hadisələr onun fəaliyyətinə təsir etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti