...

Ərdoğan İranın birinci vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 29 Yanvar 2014 12:18 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb.
Ərdoğan İranın birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "TRT Haber" xəbər yayıb.

Telekanalın məlumatına görə, yanvarın 29-da Ərdoğanın İran Prezidenti Həsən Ruhani və ölkənin ali dini lideri Əli Xamneyi ilə görüşəcəyi gözlənilir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə nümayəndə heyəti yanvarın 28-də İrana gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti