Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir T.Cəfərov/
Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 4-də İslam Şurası Məclisinin (parlament) üzvü, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər ilə görüşüb.
Azərbaycanın İrandakı səfirliyindən bu gün Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı dini, tarixi, mədəni bağlılıqlardan söhbət açılıb, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.
R.Sobhanifər İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Azərbaycana səfərinə diqqəti çəkərək, azərbaycanlı həmkarlarını da İrana səfərə dəvət edib.
Görüş zamanı səfir C.Axundov İran və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında parlamentlərarası əlaqələrin, xüsusilə dostluq qruplarının rolunu yüksək qiymətləndirib.
Azərbaycanlı diplomat İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament sədrlərinin 9-cu iclasında iştirak etmək məqsədilə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi altında yaxın günlərdə Tehrana səfəri planlaşdırılan nümayəndə heyətinin tərkibində Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin də yer aldığını diqqətə çatdırıb.
Azərbaycan və İran arasında əməkdaşlıq məsələləri müzakirə edilib