...

Ərdoğan Fətullah Gülən hərəkatının fəaliyyətini tənqid edib

Siyasət Materials 11 Fevral 2014 15:35 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.
Ərdoğan Fətullah Gülən hərəkatının fəaliyyətini tənqid edib

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.

R.T.Ərdoğan qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətlərinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".

Baş nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi şantajdan istifadə etməklə idarə olunan ölkə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti