...

Misirin nüfuzlu qəzetində Elmar Məmmədyarovun müsahibəsi dərc edilib

Siyasət Materials 14 Fevral 2014 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Misirin nüfuzlu və yüksək tirajlı qəzeti olan "əl-Cümhuriyyə"də xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi dərc edilib.

E.Məmmədyarov müsahibəsində Azərbaycanla Misir arasında zəngin tarixi əlaqələrin mövcud olduğunu, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra münasibətlərin daha da genişləndiyini vurğulayıb.

Nazir siyasi müstəvidə iki ölkə arasındakı münasibətlərin qarşılıqlı anlaşma, siyasi məsləhətləşmələr, ikitərəfli görüşlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla müşayiət olunduğunu diqqətə çatdırıb. Həmçinin E.Məmmədyarov Azərbaycan və Misirin qlobal problemlər və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ümumi baxışları paylaşdıqlarını qeyd edib.

Azərbaycan və Misir arasında iqtisadiyyat və ticarət sahələrində, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini deyən xarici işlər naziri kənd təsərrüfatı, turizm və əczaçılıq kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli potensialın olduğunu qeyd edib.

Müsahibədə E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesində oynadığı rol barədə ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti