...

Ağ ev: ABŞ Ukraynanın bölünməsində maraqlı deyil

Siyasət Materials 23 Fevral 2014 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend /

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bildirib ki, Amerika Ukraynanın bölünməsində maraqlı deyil. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Ukraynanı bölünmüş görmək heç kimin maraqlarında deyil", - Rays NBC telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, Rusiya həmçinin Ukraynanın hakimiyyət və müxalifət arasındakı sazişin həyata keçirilməsində maraqlı olmalıdır.

Xəbər lenti

Xəbər lenti