...

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin görüşündən öncə ekspertlər gündəliyi müzakirə edəcəklər

Siyasət Materials 11 Mart 2014 14:54 (UTC +04:00)
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlunun növbəti görüşünün gündəliyi üç ölkənin nümayəndələrindən ibarət mədəniyyət və iqtisadi komitələrin iclasında müəyyənləşəcək.
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin görüşündən öncə ekspertlər gündəliyi müzakirə edəcəklər

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir T.Cəfərov/

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlunun növbəti görüşünün gündəliyi üç ölkənin nümayəndələrindən ibarət mədəniyyət və iqtisadi komitələrin iclasında müəyyənləşəcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, komitələrin iclası martın 13-də Türkiyənin Van şəhərində keçiriləcək: "İclasda üç ölkə arasında iqtisadi və mədəniyyət sahəsində əməkdaşlığın perspektiv yolları müzakirə olunacaq və XİN başçılarına təqdim edilməsi üçün hazırlanacaq".

Səfirin sözlərinə görə, müştərək komitələrin iclasında, həmçinin üç ölkə arasında müxtəlif sahələrdə, o cümlədən turizm, enerji, yük daşımaları, terrorizmlə mübarizədə əməkdaşlıqların artırılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlunun növbəti görüşü mart ayının 14-də Türkiyənin Van şəhərində keçiriləcək. Nazirlərin sonuncu üçtərəfli görüşü 2013-cü ilin mart ayında Naxçıvanda keçirilib. Görüş yekun sənədin - bəyannamənin imzalanması ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti