...

İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Siyasət Materials 19 Mart 2014 08:50 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 19 mart / Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Səfirlikdən Trend-ə daxil olan təbrik məktubunda bildirilir ki, Novruz bayramı region xalqlarının zəngin mədəniyyətinin nümunəsi kimi özünü göstərir.

"Ümid edirəm ki, İran və Azərbaycan xalqları arasında münasibətlər daha da möhkəmlənəcək", - təbrik məktubunda bildirilir.

İran dövləti və xalqının səmimi təbriklərini Azərbaycan xalqına çatdırmaqdan şərəf duyan səfir dövlətimizə və xalqımıza baş ucalığı və uğur arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti