Azərbaycan, Bakı, 21 mart /Trend/
Rusiya ABŞ-a qarşı cavab sanksiyalarını və Ukrayna ilə viza rejimini hələ tətbiq etməyəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
V.Putin bildirib ki, əgər Rusiya viza rejimini tətbiq etsə, milyonlarla günahsız ukraynalı zərər görəcək: "Ailələrini saxlamaq üçün Rusiyada çalışan ukraynalılar onsuz da imkansızdırlar. Bunu etmək lazım deyil".