...

Azərbaycanın NATO-nun Ortaq Qüvvələr Birliyindəki taborunun qiymətləndirmə təlimi keçiriləcək

Siyasət Materials 25 Mart 2014 11:19 (UTC +04:00)
Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi keçiriləcək.
Azərbaycanın NATO-nun Ortaq Qüvvələr Birliyindəki taborunun qiymətləndirmə təlimi keçiriləcək

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış Ortaq Qüvvələr Birliyindəki taborunun bu ilin may ayını

n 5-dən 8-dək 2-ci səviyyəli NATO qiymətləndirmə təliminin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2004-cü ilin aprel ayında Azərbaycan NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına qoşularaq Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı ƏİK bölüyü və 2010-cu ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ƏİK Taboru bəyan edilib.

ƏİK taborunun 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi 11-16.10.2011-ci il, 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi 18-24.06.2012-ci il, 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi 21-27.10.2013-cü il tarixlərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti