Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, aprelin 1-dən 3-dək Bakı şəhərində Qüvvə planlaşdırması üzrə ekspert görüşü keçiriləcək.
Almaniyanın hərbi təhsilə yardım proqramına əsasən isə, aprelin 2-dən iyunun 26-dək Hürt şəhərində (Almaniya) Verifikasiya heyəti üçün alman dili kursu keçiriləcək.