...

Ankarada bələdiyyə seçkiləri ilə bağlı etiraz aksiyası keçirilib

Siyasət Materials 1 Aprel 2014 11:31 (UTC +04:00)
Ötən gecə Türkiyənin paytaxtı Ankarada bələdiyyə seçkiləri ilə bağlı etiraz aksiyası keçirilib.
Ankarada bələdiyyə seçkiləri ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir R.Hafizoğlu/

Ötən gecə Türkiyənin paytaxtı Ankarada bələdiyyə seçkiləri ilə bağlı etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Türkiyənin "Milliyet" qəzeti yayıb.

Etiraz aksiyası Türkiyənin Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilib.

Məlumat verilir ki, aksiyaya səbəb hakim partiya üzvlərinin bələdiyyə seçkilərində qalib gəlməsi ilə əlaqədar Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdarlarının narazılığı olub.

Bu gün Ankarada Mərkəzi Seçki Komissiyasının binası qarşısında yenidən etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti