...

MSK bələdiyyə seçkiləri ilə bağlı hazırlıq prosesinə başlayıb

Siyasət Materials 7 Aprel 2014 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlıq prosesinə başlayıb. Bu barədə Trend-ə MSK sədrinin müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, artıq MSK-da seçki siyahılarının dəqiqləşdirilməsi, normativ xarakterli hüquqi aktların yenidən işlənməsi prosesi gedir.

MSK sədrinin müavini qeyd edib ki, seçki hədəflərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün lazım olan bütün işlər artıq görülməyə başlayıb: "Seçicilərin seçki prosesində rahat şəkildə iştirakının təmin edilməsi, seçki prosesində istifadə edilən bütün sənədlərin, ləvazimatların müasir standartlara cavab verməsi üçün işlər gedir".

N.Məmmədov əlavə edib ki, seçkilərin təkmilləşdirilməsi, qüsursuz keçirilməsi üçün zəruri olan hər tədbir, hər bir addım vaxtında görüləcək və atılacaq.

Qeyd edək ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti