...

Pakistanın "The Frontier Post" qəzetində ulu öndər Heydər Əliyev haqqında "Millətini uca zirvələrə qaldırmış dahi insan" adlı məqalə dərc edilib

Siyasət Materials 7 May 2014 00:07 (UTC +04:00)
Pakistanın ingilisdilli “The Frontier Post” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Millətini uca zirvələrə qaldırmış dahi insan” adlı məqalə dərc edilmişdir.
Pakistanın "The Frontier Post" qəzetində ulu öndər Heydər Əliyev haqqında "Millətini uca zirvələrə qaldırmış dahi insan" adlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Pakistanın ingilisdilli "The Frontier Post" qəzetində ulu öndər Heydər Əliyev haqqında "Millətini uca zirvələrə qaldırmış dahi insan" adlı məqalə dərc edilmişdir.

AzərTAc xəbər verir ki, müəllif Sabah Aslam məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verir.

Məqalədə bildirilir ki, 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtmışdır. Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin müəyyən hissəsi işğal olunmuş bir ölkənin Prezidenti seçilmişdir.

Qeyd edilir ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev Azərbaycanın Qərb və Şərq ölkələri ilə sıx əlaqələr qurmasına nail olmuş və bununla da öz ölkəsini dünya miqyasında mühüm əhəmiyyətli dövlətlər sırasına daxil etmişdir. Məqalədə Heydər Əliyevin ölkənin maraqlarına uyğun balanslaşdırılmış siyasət apardığı vurğulanır.

Müəllif qeyd edir ki, Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan ordusu yaradılmış, işğalçı Ermənistanla atəşkəs müqaviləsi imzalanmışdır.

Yazıda Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycana milyardlarla dollar sərmayə qoyulduğu vurğulanır. Bildirilir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzrum və digər layihələrin həyata keçirilməsi mümkün olmuşdur. Məqalədə bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisində deyil, eyni zamanda, dövlət müstəqilliyin güclənməsində böyük rol oynadığı vurğulanır.

Yazıda bildirilir ki, Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa bir müddət ərzində sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Məhz Ümummilli Liderin rəhbərliyi ilə ölkənin Konstitusiyası qəbul edilmiş, Azərbaycan dili dövlət dili elan olunmuşdur.
Sabah Aslam yazır ki, Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr vermiş, onun 1996-cı ildə Pakistana rəsmi səfəri və səfər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin hüquqi normativ bazasını yaratmışdır.

Qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də xaricidə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə böyük layihələr həyata keçirir.

Məqalənin sonunda vurğulanır ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun ideyaları yaşayır və yaşayacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti