...

Türkiyədəki səfirliyimiz "Çırpınırdı Qara dəniz"in erməni mahnısı kimi qələmə verilməsinə etiraz edib

Siyasət Materials 13 May 2014 14:57 (UTC +04:00)
Türkiyədəki səfirliyimiz "Çırpınırdı Qara dəniz"in erməni mahnısı kimi qələmə verilməsinə etiraz edib.
Türkiyədəki səfirliyimiz "Çırpınırdı Qara dəniz"in erməni mahnısı kimi qələmə verilməsinə etiraz edib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Türkiyədəki səfirliyimiz "Çırpınırdı Qara dəniz"in erməni mahnısı kimi qələmə verilməsinə etiraz edib.

Trend xəbər verir ki, Türkiyənin "Sabah" qəzetinin 6 may tarixli sayında dərc olunmuş bir xəbərdə "Çırpınırdı Qara dəniz" mahnısının erməni əsilli Sayat Nova adlı xalq ozanına məxsus olduğuna dair qərəzli fikir irəli sürülüb.

Xəbərdə həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında kitab nəşr etmə planından da bəhs olunub.

Trend-in Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əldə etdiyi məlumatlara əsasən, məsələ ilə bağlı olaraq 6 may tarixində "Sabah" qəzetinin redaktoru Erdal Şafaka və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə müvafiq müraciətləri ünvanlayıb.

Səfirlik ayrıca olaraq Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin verdiyi məlumatlara əsasən, cari ilin 9 may tarixində məsələ ilə bağlı KİV-ə bəyanat da verib. Türkiyənin müxtəlif mətbuat orqanlarında səfirliyimizin sözügedən bəyanatı yayımlanıb.

Səfirlikdən bildiriblər ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında nəşr etməyi planladığı qeyd olunan kitab səfirliyimizin diqqət mərkəzindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti