...

Azərbaycan və ABŞ arasında gələn il üçün nəzərdə tutulmuş hərbi sahədə İş Planı müzakirə olunub

Siyasət Materials 19 May 2014 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Mayın 19-da Azərbaycan və ABŞ hərbçiləri arasında ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, ABŞ nümayəndə heyətinə isə ABŞ-ın Avropa Komandanlığı Strateji Məsələlər üzrə İdarəsinin rəis müavini polkovnik Ted Donneli rəhbərlik ediblər.

Görüş zamanı Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında 2015-ci il üçün nəzərdə tutulmuş İş Planı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti