...

Səfir: Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəsinə qaytarılacaq

Siyasət Materials 25 May 2014 13:31 (UTC +04:00)
İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında tezliklə Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəməizə qaytarılacaq.
Səfir: Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəsinə qaytarılacaq

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında tezliklə Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəmizə qaytarılacaq.

Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

M.Pakayin deyib ki, ötən aylar ərzində İranda cəza çəkən 4 Azərbaycan vətəndaşı da ölkəsinə qaytarılıb.

Qeyd edək ki, mart və aprel ayları ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkələrinə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti