...

İran vətəndaşlarının Naxçıvana gediş-gəlişinin sadələşdirilməsi məsələsi müzakirə olunub

Siyasət Materials 28 May 2014 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Naxçıvan Muxtar Respublikasına səfər edib və Ali Məclisin sədri Vasif Talıbovla görüşüb.

Trend-in İranın Azərbaycandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, görüş ötən gün Naxçıvanda baş tutub. Görüşdə Naxçıvan və İranın sərhəd bölgələri arasında ticari əlaqələrin inkişafı haqda müzakirələr aparılıb. Vurğulanıb ki, hazırda kənd təsərrüfatı sahəsində xüsusi ilə kartof, qarğıdalı əkilməsi və eləcə də quşçuluq sahəsində Naxçıvan və İranın Azərbaycanla sərhəd şəhərləri arasında sıx əməkdaşlıqlar mövcuddur.

Görüşdə, həmçinin İran vətəndaşlarının Naxçıvana gediş-gəlişində yaranmış problemlər müzakirə olunub. Razılaşdırılıb ki, İran vətəndaşlarının Naxçıvana gediş-gəlişin mövcud problem aradan qaldırılsın və onların gediş-gəlişi sadələşdirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti