...

Ərdoğan hərbi təlimləri müşahidə edib

Siyasət Materials 29 May 2014 13:00 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin hərbi qüvvələrinin "EFES-2014" adı altında keçirilən təlimlərini müşahidə edib.
Ərdoğan hərbi təlimləri müşahidə edib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin hərbi qüvvələrinin "EFES-2014" adı altında keçirilən təlimlərini müşahidə edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "TRT Haber" telekanalı xəbər yayıb.

Təlimləri Türkiyənin müdafiə naziri İsmət Yılmaz və Baş Qərargah rəisi Necdət Özəl də izləyib.

Təlimlərdə 50 təyyarə, 40 helikopter, 70 kater, 60 tank, 100 artilleriya silahı, 1100 təkərli və tırtıllı nəqliyyat vasitəsi iştirak edib.

Təlimlər iyunun 5-də başa çatacaq.

Bu, cari ay ərzində Türkiyədə keçirilən sayca ikinci hərbi təlimdir. Mayın 21-də Türkiyə HDQ-nin gəmiləri Egey dənizində "Bəyaz fırtına-2014" adlı təlimlərə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti