...

Zaqrebdə Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 30 May 2014 20:14 (UTC +04:00)
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Zaqrebdə Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, təqribən 200 qonağın qatıldığı tədbirdə Xorvatiyanın hökumət, dövlət nümayəndələri, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev açılış nitqi ilə çıxış edib. Səfir tarixə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, respublikada bütün sahələrdə həyata keçirilmiş islahatlar və quruculuq işlərindən, ölkənin xarici siyasət prioritetləri və iqtisadi göstəriciləri, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji layihələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən söz açıb.

Tədbir çərçivəsində qonaqlara səfirlik tərəfindən xorvat dilinə tərcümə olumuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar, ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən bukletlər, "IRS-Heritage" jurnalları hədiyyə edilib, müasir Azərbaycanın görüntülərindən ibarət videoçarx nümayiş etdirilib.

Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti