Azərbaycan, Bakı, 19 iyun /Trend/
Ukrayna Ali Radası Pavel Klimkini Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib. Trend-in məlumatına görə, bu barədə "Ukrinform" xəbər verib.
Parlamentin cümə axşamı keçirilən iclasında müvafiq qərarın lehinə 335 deputat səs verib.
Dünən Prezident Pyotr Poroşenko Pavel Klimkinin XİN rəhbəri təyin edilməsinə razılıq verilməsi barədə yazılı təklif təqdim edib.
Bundan əvvəl Klimkin Ukraynanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub.