...

Dövlət Departamenti: ABŞ Türkiyədə prezident seçkilərini diqqətlə izləyəcək

Siyasət Materials 2 İyul 2014 16:40 (UTC +04:00)
ABŞ Türkiyədə prezident seçkilərini diqqətlə izləyəcək. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentin yaydığı xəbərdə deyilir.
Dövlət Departamenti: ABŞ Türkiyədə prezident seçkilərini diqqətlə izləyəcək

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

ABŞ Türkiyədə prezident seçkilərini diqqətlə izləyəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentin yaydığı xəbərdə deyilir.

Məlumatda qeyd olunur ki, ABŞ Türkiyə prezidenti vəzifəsinə iddia edən hər hansı namizədi dəstəkləmir.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd 51 faiz səs toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən başlayaraq Türkiyədə prezidenti 7 illiyə deyil, 5 illiyə parlament yox, xalq seçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti