...

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Siyasət Materials 10 İyul 2014 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Monqolustanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti