...

Bakının Gürgan qəsəbəsinin adı dəyişdirildi

Siyasət Materials 12 İyul 2014 16:31 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Bakının Gürgan qəsəbəsinin adı dəyişdirildi

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 45) ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın "1. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində görülmüş işlər" bölməsinin 5-ci hissəsində və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın "2.12. Pirallahı rayonu" bölməsinin 2.12.10.3-cü yarımbəndində "Gürgan" sözü "Gürgən" sözü ilə əvəz edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti