Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələrə münasibət bildirərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Trend-in məlumatlına görə, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib.
XİN rəhbəri bunu telefon danışığı zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarova deyib.
Əhməd Davudoğlu onu da qeyd edib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələr Ukraynadakı böhranın bölgəyə təsir etməsi ilə əlaqədardır.