Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı.
Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.