...

Səfir: Xəzəryanı ölkə başçılarının Həştərxan sammiti iştirakçı ölkələrin mənafeyinə uyğun nəticələrlə yadda qaldı

Siyasət Materials 3 Oktyabr 2014 14:23 (UTC +04:00)
Xəzəryanı ölkə başçılarının Həştərxanda keçirilən sammiti konstruktiv idi və sammit iştirakçı ölkələrin hamısı üçün səmərəli və onların mənafeyinə uyğun nəticələrlə yadda qaldı.
Səfir: Xəzəryanı ölkə başçılarının Həştərxan sammiti iştirakçı ölkələrin mənafeyinə uyğun nəticələrlə yadda qaldı

Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Xəzəryanı ölkə başçılarının Həştərxanda keçirilən sammiti konstruktiv idi və sammit iştirakçı ölkələrin hamısı üçün səmərəli və onların mənafeyinə uyğun nəticələrlə yadda qaldı. Bunu cümə günü Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, iştirakçı ölkələr əməkdaşlıqlarını gücləndirmək üçün qərarlı olduqlarını göstərdilər və bu, özü-özlüyündə bölgədə sabitliyin yaradılması və Xəzəryanı ölkələr arasında əməkdaşlıqların artırılması üçün parlaq gələcək vəd edir.

Səfir qeyd edib ki, digər ölkələrin hərbçilərinin Xəzərdə olmasının qarşısının alınması ilə bağlı verilən qərar dənizi ifratçılıq, terrorizm, narkotiklər və digər ölkələrin müdaxiləsindən qoruyur və bu, dənizdə sabitliyin təminatçısıdır.

Diplomat Xəzəryanı ölkər arasında turizm, balıqçılıq, ticari və sərnişin gəmi reyslərinin açılması sahəsində əməkdaşlıqların artırılması və qarşılıqlı sərmayə yatırılmasının zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti