...

Netanyahuya "qorxaq" dedilər

Siyasət Materials 29 Oktyabr 2014 15:19 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama administrasiyasının yüksəkvəzifəli məmuru İsrailin Baş naziri Benyamin Netanyahunu “qorxaq” adlandırıb.
Netanyahuya "qorxaq" dedilər

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

ABŞ Prezidenti Barak Obama administrasiyasının yüksəkvəzifəli məmuru İsrailin Baş naziri Benyamin Netanyahunu "qorxaq" adlandırıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məmur Netanyahunun İsrail-Fələstin münaqişəsinin dinc yolla nizamlanmasına yanaşmasını və onun İranın nüvə proqramı ilə bağlı mövqeyini belə səciyyələndirib.

Anonimliyinin qorunub saxlanmasını istəyən yüksəkvəzifəli məmur "Atlantic" jurnalına müsahibəsində deyib: "Əsas məsələ ondadır ki, Netanyahu sadəcə qorxaqdır".

O, qeyd edib ki, B.Netanyahunun müsbət tərəfi ondan ibarətdir ki, "o, müharibəyə başlamağa qorxur", mənfi tərəfi isə odur ki, "o, fələstinlilərlə münaqişənin həlli üçün heç nə etmir".

Nəşr yazır ki, məmurun bəyanatı Vaşinqtonla Təl-Əviv arasındakı münasibətlərdə gərginliyin artmasından xəbər verir.

İsrail regionda ABŞ-ın müttəfiqi olsa da, son vaxtlar Vaşinqtonla Təl-Əviv arasında bəzi məsələlərdə fikir ayrılıqları mövcuddur. Belə ki, bu yaxınlarda Ağ Ev İordan çayının Qərb sahilində və Şərqi Qüdsdəki işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması planlarına görə İsraili yenə tənqid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti