...

Azərbaycan və İran ədliyyə sahəsində əməkdaşlığı genişləndirirlər

Siyasət Materials 8 Dekabr 2014 10:22 (UTC +04:00)
İranın ədliyyə nazirinin müşaviri və Ədliyyə Nazirliyinin Məhkəmə Sistemi ilə əlaqələr üzrə İdarəsinin rəhbəri Şahrux Hidayəti Azərbaycana səfər edəcək.
Azərbaycan və İran ədliyyə sahəsində əməkdaşlığı genişləndirirlər

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın ədliyyə nazirinin müşaviri və Ədliyyə Nazirliyinin Məhkəmə Sistemi ilə əlaqələr üzrə İdarəsinin rəhbəri Şahrux Hidayəti Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin deyib ki, Ş.Hidayətinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana dekabrın 14-də gələcək.

Onun sözlərinə görə, səfər zamanı Ş.Hidayəti Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və İranda cəza çəkən vətəndaşların ekstradisiyası və ədliyyə sahəsində digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycan həbsxanalarında 130-a yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur. Hazırda Azərbaycanda saxlanılan 52 İran vətəndaşı barəsində isə məhkəmə qərarı çıxarılmayıb.

Etibarlı mənbədən Trend-ə verilən məlumata görə, həmçinin İran həbsxanalarında hazırda 14 Azərbaycan vətəndaşı cəza çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti