...

Necdet Ünüvar: 20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır

Siyasət Materials 19 Yanvar 2015 10:48 (UTC +04:00)
20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır. Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib.
Necdet Ünüvar: 20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır

Azərbaycan, Bakı, 19 Yanvar /Trend/

20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır. Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumatda deyilir.

N.Ünüvar qeyd edib ki, Azərbaycan xalqının azadlıq və müstəqillik tələbi Sovetl İttifaqının çökməsi üçün zəmin hazırlamışdı.

Onun sözlərinə görə, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı vəhşicəsinə törədilmiş bir zülmdür. Türkiyə bu məsələdə hər zaman zülmə məruz qalan Azərbaycanın yanında olub və bundan sonra da olacaq: "Azərbaycanla bir milllət iki dövlət olaraq, bu acını bir yerdə yaşadıq, birlikdə kədərləndik. 20 Yanvar günü münasibətilə bütün Azərbaycan və Türkiyə xalqına başsağlığı verir, faciədə ölənlərə Allahdan rəhmət diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti