...

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammitinin geosiyasi rolu

Siyasət Materials 22 Yanvar 2015 15:48 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli zirvə toplantısı Gürcüstanın geosiyasi rolunu gücləndirir.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammitinin geosiyasi rolu

Gürcüstan, Tbilisi, 22 yanvar /Trend, müxbir Nana Kirsxaliya/

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli zirvə toplantısı Gürcüstanın geosiyasi rolunu gücləndirir. Trend xəbər verir ki, bu barədə Tbilisidə Gürcüstan Prezidenti Administrasiyası rəhbərinin müavini Georgi Abaşişvili bildirib.

G.Abaşişvili deyib ki, Gürcüstan Prezidenti xaricə səfərləri zamanı bu sammiti xatırladaraq ona böyük diqqət ayırır və böyük əhəmiyyət verir. Hədəfimiz Asiya və Avropa arasında körpü olan Gürcüstanın geosiyasi rolunu gücləndirməkdir ki, bu da region ölkələrinin yardımı ilə mümkündür".

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanla əməkdaşlığa xüsusi diqqət ayırır.

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin zirvə toplantısı bu il Bakıda keçiriləcək. Dövlət başçılarının bundan əvvəlki zirvə toplantısı 2014-cü il mayın 6-da Tbilisidə keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti