...

Azərbaycanda siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi qaydasında dəyişiklik edilib

Siyasət Materials 12 Fevral 2015 10:19 (UTC +04:00)
“Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edilib.
Azərbaycanda siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi qaydasında dəyişiklik edilib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib.

Qərarla Nazirlər Kabinetinin "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nın 5.1-ci və 5.2-ci bəndlərinə dəyişiklik edilib.

Qaydanın 5.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra siyasi partiyaların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Qaydanın 5.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra Mərkəzi Seçki Komissiyası bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti