...

Fazil Mustafa: "Görünür, bu da cığallıqdan yaranan mövqedir"

Siyasət Materials 25 Fevral 2015 15:20 (UTC +04:00)
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa iqtidar-müxalifət görüşünü pisləməyə çalışan AXCP-ni cığallıq etməkdə günahlandırıb.
Fazil Mustafa: "Görünür, bu da cığallıqdan yaranan mövqedir"

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa iqtidar-müxalifət görüşünü pisləməyə çalışan AXCP-ni cığallıq etməkdə günahlandırıb.

F.Mustafa Trend-ə açıqlamasında iqtidar-müxalifət görüşünü müsbət dəyərləndirdiyini qeyd edib: "Bu siyasi mədəniyyətin yüksəlməsinə xidmət edən bir addımdır. Burada təkliflər səsləndirilir və konkret məsələlər ətrafında da müzakirələr aparılacaq. Hər kəsin öz mövqeyi ola bilər. Biz maksimalist deyilik, realistik və Azərbaycan reallığında bu, ciddi irəliləyişdir. Siyasi dialoqun olması Azərbaycan cəmiyyətində münasibətlərin də sağlamlaşmasına xidmət edən bir haldır. Bunlar həmişə cığallıq edirlərsə, bu da görünür cığallıqdan yaranan bir mövqedir. Çünki partiyanın işi dialoq aparmaqdır".

Rəhbərli etdiyi partiyanın parlament seçkilərində iştirak etməsi məsələsinə gəlincə, sədr bu barədə yekun qərarın partiyanın Ali Məclisində veriləcəyini vurğulayıb: "Hansı formada iştirak etmək barədə daha dəqiq qərar partiyanın Ali Məclisində veriləcək. Təbii ki, partiya olaraq müzakirə edəcəyik və əgər partiya olaraq namizəd irəli sürmək daha əlverişli olsa, bu variantda irəli sürəcəyik, fərdi qaydada irəli sürmək əlverişli olsa, o cür sürəcəyik. Çalışacağıq ki, 125 dairədən də partiyamız öz namizədi ilə iştirak etsin".

F.Mustafa BQP-nin hər hansı siyasi bloka qoşulmaq ehtimalının az olduğunu diqqətə çatdırıb: "Hər halda çalışacağıq ki, fərdi qaydada iştirak edək. Müxalifət partiyaları bir yerdə seçkilərə getsələr, daha yaxşı olardı, amma Azərbaycan reallığında bunun üçün zəmin yoxdur, çünki partiyaların çoxu bir-birinə qarşı münasibətdə səmimi deyillər. Ona görə də hələlik real mənzərə yoxdur ki, istinad edərək bunu söyləyək. Ona görə hər kəs fərdi hazırlaşmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti