Azərbaycan, Bakı, 6 mart /Trend, müxbvir Rufiz Hafizoğlu/
"Çanaqqala savaşı ilə əlaqəsi olan ölkələrin hamısına dəvətnamə göndərmişik. Biz bu tarixi hadisənin tanınması üçün ev sahibliyi etməyə hazırıq". Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu gün keçirilən tədbirdə deyib.
Səfir bildirib: "Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik".
Rusiyanın Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılacağı barədə məlumatlara münasibət bildirən səfir bunları deyib: "Rusiya kimi çox yaxşı münasibətlər qurduğumuz bir ölkənin də bu tədbirdə ən yüksək səviyyədə iştirak etməsini çox məmnunluqla qarşılaya bilərik".
İsmayıl Alper Coşqun: Çanaqqala savaşı ilə əlaqəsi olan bütün ölkələrə dəvətnamə göndərmişik
"Çanaqqala savaşı ilə əlaqəsi olan ölkələrin hamısına dəvətnamə göndərmişik. Biz bu tarixi hadisənin tanınması üçün ev sahibliyi etməyə hazırıq".