...

Prezident İlham Əliyev Qarsda BP şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 17 Mart 2015 17:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Prezident İlham Əliyev Qarsda BP şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BP arasında uğurlu əməkdaşlıqdan və "Şahdəniz" qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edildi. Ötən il sentyabrın 20-də Bakıda "Cənub" qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulandı, "Cənub" qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olundu. "Cənub" qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirildi.

Söhbət zamanı 2018-ci ildə "Şahdəniz-2" layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edildi. TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulandı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirildi.

Görüşdə BP-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə olundu, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti