...

Ukraynanın güc strukturları irimiqyaslı xüsusi əməliyyata başladı

Siyasət Materials 25 Mart 2015 15:59 (UTC +04:00)
Dnepropetrovsk vilayət administrasiyasının məmurları Dnepropetrovsk və Donetsk vilayətlərində fəaliyyət göstərən silahlı cinayətkar qruplaşmaları dəstəkləyirlər.
Ukraynanın güc strukturları irimiqyaslı xüsusi əməliyyata başladı

Azərbaycan, Bakı, 25 mart /Trend/

Ukrayna Prezidenti Petro Poroşenko ölkənin bütün güc strukturlarının iştirakı ilə irimiqyaslı xüsusi əməliyyatın başlandığını bəyan edib. Bu barədə Trend UNN agentliyinə istinadən məlumat verir.

O, qeyd edib: "Mənim tapşırığım və əmrimlə Ukraynanın bütün güc strukturları ukraynalıları öldürən, lakin cəzasız qalan cinayətkar dəstələri yox etmək üçün irimiqyaslı xüsusi əməliyyata başlayıblar".

Prezidentin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının qatillərini tapmaq və cəzalandırmaq şərəf məsələsidir.

Söhbət Xidmət əməkdaşlarının Volnovaxadakı öldürülməsindən gedir. Ötən şənbə Volnovaxada naməlum şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarına avtomat silahlardan atəşə açmışdılar. Öldürülən əməkdaşlar qaçaqmalçıların saxlanması üzrə xüsusi tapşırığı yerinə yetirirdilər.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bildirmişdi ki, Dnepropetrovsk vilayət administrasiyasının məmurları Dnepropetrovsk və Donetsk vilayətlərində fəaliyyət göstərən silahlı cinayətkar qruplaşmaları dəstəkləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti