Azərbaycan, Bakı, 27 mart, /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilsin.
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Çovdarov Akif Teymurxan oğlu - general-mayor
Mahmudzadə Elşad Bilal oğlu - polkovnik
"Vətən uğrunda" medalı ilə
Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant
Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki
Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant
İbayev Zabil Nəsir oğlu - mayor
Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru
Sadıqov Mahir İbrahim oğlu - polkovnik
Sultanov Şahin Sultan oğlu - general-mayor
"İgidliyə görə" medalı ilə
Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş
Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant
Mövsümov Azər Adil oğlu - kapitan
"Hərbi xidmətlərə görə" medalı ilə
Abbasov Mövlud Həsənqulu oğlu - mayor
Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan
Cabbarov Turac Vaqif oğlu - kapitan
İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik
Quliyev Bəhruz Yusif oğlu - kapitan
Rzayev Tural Məmməd oğlu - kapitan
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant.