...

"Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sülh və sabitliyin möhkəmlənməsinə istiqamətlənib"

Siyasət Materials 2 Aprel 2015 16:16 (UTC +04:00)
Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq kiməsə qarşı deyil, regionda sülh və sabitliyin möhkəmlənməsinə istiqamətlənib.
"Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sülh və sabitliyin möhkəmlənməsinə istiqamətlənib"

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq kiməsə qarşı deyil, regionda sülh və sabitliyin möhkəmlənməsinə istiqamətlənib. Trend-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu Gürcüstanın müdafiə naziri Mindia Canelidze üç ölkənin müdafiə nazirlərinin üçtərəfli görüşünün yekunu üzrə deyib.

Onun sözlərinə görə, türkiyəli və azərbaycanlı həmkarları ilə çox səmərəli və məzmunlu görüşü olub: "Üçtərəfli formatda əməkdaşlıq 2012-ci ildə başlayıb və üç ölkənin müdafiə nazirləri ildə iki dəfə görüşürlər".

M.Canelidze qeyd edib ki, əməkdaşlığın yeni formatları planlaşdırılır: "Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu ilin trafiki maraqlı tədbirlərlə zəngindir. Bu, hərbi təhsil, üçtərəfli formatda keçirilən birgə təlimlər, eləcə də dinamik inkişaf edən müdafiə sahəsində əməkdaşlığın ayrı-ayrı sahələrinə aiddir. Buna görə də həmkarlarıma və dost dövlətlərin hakimiyyətinə təşəkkür etmək istəyirəm".

O, əlavə edib: üçtərəfli əməkdaşlıq ölkələrin silahlı qüvvələrinin inkişafına yönəlib: "Regionda sülh və sabitlik ölkələrimizin davamlı və dinamik inkişafı üşün əsas şərtdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti