...

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər (FOTO)

Siyasət Materials 2 Aprel 2015 16:25 (UTC +04:00)
Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri görüşüblər.
Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında Tbilisidə ikitərəfli formatda görüş keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti