...

İsmayıl Alper Coşqun: “Dünya gec-tez 1915-ci ildə yaşanan gerçəkləri qəbul edəcək”

Siyasət Materials 14 Aprel 2015 12:44 (UTC +04:00)
Türkiyə öz tarixinə güvənir və dünya tarixi gerçəkləri gec-tez qəbul edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə bildirib.
İsmayıl Alper Coşqun: “Dünya gec-tez 1915-ci ildə yaşanan gerçəkləri qəbul edəcək”

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə öz tarixinə güvənir və dünya tarixi gerçəkləri gec-tez qəbul edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə bildirib.

O, Roma papasının uydurma "erməni soyqırımı" haqqında bəyanatı ilə bağlı suala belə cavab verib: "Vatikanın 1915-ci il hadisələrini təktərəfli qiymətləndirməsi təəssüfedicidir. 1915-ci il hadisələrində sadəcə ermənilər deyil, bölgənin digər millətləri də böyük acılar yaşayıb. Çəkilən acıların sadəcə birini diqqətə alıb, digərlərinə əhəmiyyət verməmək qəbuledilməzdir".

Lakin səfir Türkiyəyə göstərilən təzyiqlərin Ankaranın sülhpərvər siyasətinə təsir etməyəcəyini deyib: "Buna rəğmən, biz başda Azərbaycan olmaqla, türk dünyasındakı bütün qardaşlarımızla birlikdə dünyaya barış mesajı verməyə davam edəcəyik. Biz öz tariximizə güvənirik, 1915-ci ildə yaşanan gerçəklərin nə olduğunu bilirik və əminik ki, dünya da gec-tez bu gerçəkləri qəbul edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti