...

Rusiya Prezidentinin azərbaycanlı müşaviri vəfat edib

Siyasət Materials 20 May 2015 16:56 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.
Rusiya Prezidentinin azərbaycanlı müşaviri vəfat edib

Azərbaycan, Bakı, 20 may /Trend/

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mərhumla vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirakı ilə Kaluqa şəhərində keçirilib və onun nəşi Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.

Tanınmış ictimai xadim S.Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan S.Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, keçmiş Yuqoslaviya ölkələri, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti