...

DİN və Dövlət Gömrük Komitəsinə sığorta ilə bağlı yeni işlər tapşırıldı

Siyasət Materials 3 İyun 2015 19:23 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
DİN və Dövlət Gömrük Komitəsinə sığorta ilə bağlı yeni işlər tapşırıldı

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilir:

"3.3-2. həmin Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır".

Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə də fərman imzalayıb.

Dəyişikliyə əsasən Əsasnaməyə aşağıdakı məzmunda 3.1.25-1-ci yarımbənd əlavə edilir:

"3.1.25-1. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına (sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə) nəzarət etmək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti