...

İranlı ekspert: Ermənistanda son günlər baş verən hadisələrə Qərbin susqunluğu erməni lobbisinin gücündən xəbər verir

Siyasət Materials 27 İyun 2015 11:06 (UTC +04:00)
Ermənistanda son günlər baş verən hadisələrə, mitinq zamanı insan haqlarının pozulmasına Qərb ölkələrinin reaksiya verməməsi erməni lobbisinin gücündən xəbər verir.
İranlı ekspert: Ermənistanda son günlər baş verən hadisələrə Qərbin susqunluğu erməni lobbisinin gücündən xəbər verir

İran, Tehran, 27 iyun /Trend, müxbir Təmkin Cəfərov/

Ermənistanda son günlər baş verən hadisələrə, mitinq zamanı insan haqlarının pozulmasına Qərb ölkələrinin reaksiya verməməsi erməni lobbisinin gücündən xəbər verir. Bunu Trend-ə Qafqaz məsələləri üzrə iranlı ekspert Həsən Behiştipur deyib.

Ekspert deyib ki, Qərb ölkələri öz mənafelərini güdürlər və Ermənistanda baş verən proseslərin sükutla izlənilməsi erməni lobbisinin həmin ölkələrdəki təsir gücünə görədir. "ABŞ, Britaniya, Fransa kimi ölkələr və ya insan haqları üzrə bir sıra beynəlxalq təşkilatlar adətən oxşar hadisələrə tez reaksiya verirlər, amma Ermənistanla bağlı hələlik sükut etmələrinin səbəbi də onların Ermənistana olan münasibətlərinə görədir. Belə ki, erməni lobbisi Fransada, ABŞ Konqresində çox güclüdür və nüfuza sahibdir."

İranlı ekspertin fikrincə, Qərb ölkələrinin sükutu bir həddə kimi davam edə bilər. "Əgər Ermənistandakı gərginlik daha da geniş forma alarsa, ictimai təzyiqlərdən çəkinmək üçün Qərb ölkələri bu hadisələrə öz mövqelərini açıqlamağa məcbur olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti