...

Möhsin Pakayin və Vasif Talıbov nələri müzakirə ediblər?

Siyasət Materials 14 Sentyabr 2015 11:34 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Naxçıvan MR-ə səfər edib və orada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
Möhsin Pakayin və Vasif Talıbov nələri müzakirə ediblər?

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Naxçıvan MR-ə səfər edib və orada Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, görüşdə İran və Azərbaycan, xüsusilə Naxçıvan MR ilə əlaqələrin inkişaf yolları müzakirə olunb.

Görüşdə V.Talıbov deyib ki, İran və Azərbaycan arasındakı əlaqələr çox qədim tarixə malikdir.

Naxçıvan MR ilə İranın qonşu əyalətləri arasındakı əlaqaləri müsbət dəyərləndirən V.Talıbov bildirib ki, iqtisadi, ticari, kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələrimizin inkişaf etdirilməsi önəmlidir və son bir il ərzində baş tutan səfərlər əlaqələrin inkişafı üçün yaxşı imkanlar yaradıb.

V.Talıbov deyib ki, İran İslam Respublikası Azərbaycan üçün etibarlı qonşu və strateji bir dost ölkədir.

Naxçıvandakı iqitisadi proseslərdə özəl sektorda çalışan şirkətlərin rolundan danışan V.Talıbov bildirib ki, yerli və xarici investorlar dəstəklənir, onlara xüsusi güzəştli kreditlər verilir və bu daxili istehsalın artmasına və xarici ticarətin inkişafına şərait yaradıb.

O bildirib ki, iki ölkənin özəl sektorda çalışan şirkətlərinin qarşılıqlı səfərləri və müştərək istehsal müəssisələrinin yaradılması əlaqələrdə yeni səhifə yarada bilər.

Görüşdə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin də Azərbaycan və İran arasındakı əlaqələrin gələcəyinin parlaq olduğunu vurğulayıb və bildirib ki, iki ölkə arasında mədəni, ictimai, iqtisadi və siyasi sahələrdə əlaqələrin inkişafı üçün geniş potensialı var və bu potensiallardan istifadə etməklə mövcud əlaqələri daha da inkişaf etdirilməlidir.

M.Pakayin deyib ki, Azərbaycan və İran arasındakı mövcud əlaqələr bütün sahələrdə öz inkişaf tempi üzrə artmaqdadır və ümid edir ki, bu əlaqələr gələcəkdə dahada inkişaf etdiriləcək.

Görüşdə İranın Şərqi Azərbaycan əyaləti və Naxçıvan MR arasında gömrük əlaqələrinin inkişafı və sərhədlərdə təhlükəsizliyin təminin artırılması məsələsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti