...

Türkiyəli eks-deputat: ATƏT PA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır

Siyasət Materials 24 Sentyabr 2015 10:32 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtinasə etməsi qərəzli qərardır.
Türkiyəli eks-deputat: ATƏT PA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Orxan Quluzadə/

ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır.

Bunu Trend-ə AKP -dən olan sabiq parlament deputatı Mustafa Kabakçı deyib.

Onun sözlərinə görə, əgər ATƏT PA Azərbaycanda nəyinsə düzgün olmadığını hesab edirsə, ölkəyə gəlməli və bunu yerində dəqiqləşdirməlidir.

M. Kabakçı qeyd edib ki, Avropada Türkiyəyə, Azərbaycana və bütün türk dünyasına qarşı stereotiplər mövcuddur:

"Avropa Azərbaycanı ləkələmək əvəzinə azərbaycanlı qaçqınların tarixi torpaqlarına qayıtması üçün ciddi addımlar atmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti