...

XİN rəhbəri: Kosta-Rika Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır (FOTO)

Siyasət Materials 20 Oktyabr 2015 14:21 (UTC +04:00)
Kosta-Rika regionun qabaqcıl ölkəsi olan Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.
XİN rəhbəri: Kosta-Rika Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Kosta-Rika regionun qabaqcıl ölkəsi olan Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Trend-in məlumatına görə, bunu Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans azərbaycanlı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Kosta-Rika azəraycanlı biznesmenlər üçün açıqdır və ölkə sərmayə qoymaq üçün əlverişli şərait yaratmağa hazırdır: "Azərbaycan regionda Kosta-Rikanın tərəfdaşıdır və ölkə əməkdaşlığın daha da inkişaf etməsi üçün hər cür səy göstərəcək".

Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyə gəlincə, Kosta-Rika XİN rəhbəri qeyd edib ki, bütün münaqişələr sülh yolu ilə həll edilməlidir: "Biz beynəlxalq hüquqa inanırıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq ictimaiyyətin səylərini, eləcə də BMT TŞ-nin münaqişə üzrə qəbul etdiyi bütün qətnamələri dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti