Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) missiyasının Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi təsdiq edilib.
Trend-in məlumatına görə, AŞ PA müşahidə missiyasının Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərinə dair yekun məruzəsi təşkilatın daimi komitəsinin iclasında təsdiq edilib.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov Trend-ə bildirib ki, məruzə Avropa Şurası Parlament Assambleyasının sədarət komitəsi və bürosunun Sofiyada təşkil edilmiş iclaslarında yekdilliklə qəbul edilmişdi.