...

NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüş keçirilir (FOTO)

Siyasət Materials 10 Mart 2016 10:13 (UTC +04:00)
Azərbaycanla NATO arasında birgə fəaliyyət planına uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb.
NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüş keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycanla NATO arasında birgə fəaliyyət planına uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində 2016-cı il üçün planlaşdırılmış fəaliyyətlər müzakirə olunacaq, müdafiə və təhlükəsizlik sahəsini əhatə edən bir sıra mövzular üzrə mühazirələr oxunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti